Əməkdar artistdən acı sözlər: “Bir də ayılıb görəcəyik ki…”backend

Əməkdar artistdən acı sözlər: “Bir də ayılıb görəcəyik ki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Heç bir ölkədə teatrların qapısı bu qədər baglı qalmadı”.
TİA.AZ xəbər verir ki, bunu Akademik Milli Teatrın aktrisası, Əməkdar artist Sənubər İsgəndərli deyib. O bildirib ki, teatrların açılması üçün bütün ölkələrdə müxtəlif varinatlardan istifadə olunub:
“Martda bir il olacaq ki, ölkəmizdə bütün teatrlar baglıdır. Pandemiyadır, karantindir, deyib oturduq. Amma hec bir ölkədə teatrların qapısı bu qədər baglı qalmadı. Hər yerdə mümkün variantlardan istifadə olundu ki, teatr sənəti yaşasın. Biz isə hələ oturmuşuq. Bir də ayılıb görəcəyik ki, nə teatr qalıb, nə də sənət”.