Əməkdar artist tanınmaz hala düşdü (VİDEO)backend

Əməkdar artist tanınmaz hala düşdü (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist Zöhrə Abdullayevanı görənlər tanımayıb.

TİA.AZ xəbər verir ki, sənətçi xəstəxanaya yerləşdirilib. Bu barədə ARB telekanalında yayımlanan “Elgizlə izlə” proqramında məlumat verilib.

30 kq çəki itirən müğənninin son görüntüləri efirdə də yayımlanıb. Z. Abdullayeva açıqlama verərək oğlunun ölümündən sonra səhhətində ciddi problemlər yarandığını bildirib:

“Heç nə yemək istəmirəm. Balamdan sonra bu günlərə qaldım. Görün, özümü nə günə qoydum… Kök hüceyrə köçürməyi dedilər, amma yox, revmatizmam var. Buna görə müalicə olunmalıyam. Həkim dedi ki, çox gecikdirmişəm. Xəstəliyin son həddindəyəm”.

Həmin görüntüləri təqdim edirik: