Əməkdar artist: “Belə bir insanın vida mərasiminə gəlməmək olar?”backend

Əməkdar artist: “Belə bir insanın vida mərasiminə gəlməmək olar?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Səyyad Əlizadənin ölümü məni sarsıdıb, axşamdan özümə gələ bilməmişəm”.
Bunu  açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib.
Həmkarının ölüm xəbərini eşidən sənətçi elə gecəykən Mərkəzi Gömrük Hospitalına yollanıb:
“Gecə saat 1-də aldım xəbəri, evdə dayana bilmədim, bir baş xəstəxanaya getdim. Ailə üzvləri ordaydı. Bundan əlavə sənətçilər – Əlikram Bayramov, Nadir Bayramlı, Əflatun Qubadov və başqaları gəlmişdi. Manaf Ağayev ölkədən uzaqda olsa da, tez-tez zəng edirdi. Nazənin özünü öldürürdü. Saat 1-ə kimi orada olduq. Ordan 1 saylı Kliniki Tibbi Mərkəzin morquna gəldik.  Səhər tezdən Səyyad Əlizadənin cənazəsini  doğulduğu Füzuli rayonunun Babı kəndinə yola saldıq. Hamı onun ölümü ilə maraqlanır, başsağlığı verir. Belə bir insanın vida mərasiminə gəlməmək olar? Yalan söhbətdir, sənət dostları ordaydı. Eldən, sənətdən Səyyad kimi bir oğlan gedib. Bu günə kimi bir adamın qəlbinə dəyməyib, Allah ona rəhmət eləsin”.
Qeyd edək ki, müğənni koronavirusa yoluxmuşdu və həkimlər onun vəziyyətinin ağır olduğunu bildirmişdi. Mərkəzi Gömrük Hospitalına yerləşdirilən Səyyad Əlizadə dünən gecə orada dünyasını dəyişib.