ƏLVİDA, LAÇIN DƏHLİZİ! – POLİTOLOQDAN ÖNƏMLİ AÇIQLAMAbackend

ƏLVİDA, LAÇIN DƏHLİZİ! – POLİTOLOQDAN ÖNƏMLİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Laçın yaxınlığından Ermənistanı və Qarabağın dağlıq hissəsini birləşdirəcək yeni yol – dəhliz olmayacaq, sadəcə yol olacaq. TİA.Az-ın məlumatına görə, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov belə hesab edir.

Onun fikrincə, beləcə, Qərbi Zəngəzur vasitəsilə Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək nəqliyyat xətti Laçın yolu ilə bərabərdir: “Nikol Paşinyan Tehranın, həmçinin bəzi Qərb dövlətlərinin Zəngəzur dəhliziylə bağlı İrəvana verdiyi qadağanı qəbul edərək, Qarabağ erməniləri ilə Ermənistanı birləşdirən Laçın dəhlizini itirmiş oldu. Yeni yol dəhliz statusunu itirəcək. Sadəcə yol olacaq. Sentyabrın 1-dən başlayaraq Laçın rayonundan keçəcək yeni yolda giriş – çıxış nəzarətimizdə olacaq.
Beləcə, Azərbaycan ermənilər üçün vacib strateji əhəmiyyət daşıyan Laçın şəhərini işğaldan azad edir, Laçın dəhlizinin üzərindən isə xətt çəkmiş olur. Üstəlik, Qarabağa giriş – çıxış nəzarətimizə keçir”.

TİA.Az