Elşad Nuriyev yeni vəzifəyə təyin edildibackend

Elşad Nuriyev yeni vəzifəyə təyin edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub.
TİA.AZ “oxu.az”a istinadən xəbər verir ki, bu vəzifəyə Elşad Nuriyev təyinat alıb.

Qeyd edək ki, o, agentliyin İdarə Heyətinin sədri vəzifəsini icra edirdi.Bu təyinata qədər Elşad Nuriyev “Sumqayıt Kimya Sənaye Parkı” MMC-yə rəhbərlik edib. Elşad Nuriyev “bp Azərbaycan”da, “Azpetrol”da və ADA Universitetində çalışıb, müxtəlif kənd təsərrüfatı və sənaye holdinqlərində rəhbər vəzifələrdə işləyib.
Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin bakalavr və magistr pillələrini bitirib.
O, ABŞ-ın İndiana Universitetində dövlət maliyyəsinin idarə edilməsi üzrə magistr dərəcəsinə yiyələnib və Harvard Universitetinin Kennedi Məktəbində infrastrukturun inkişafında dövlət-özəl tərəfdaşlığı üzrə əlavə təhsil alıb.