Elnur Əşrəfoğlu 23 il əvvəl… – Jurnalisti Azərbaycana tanıdan veriliş (VİDEO)backend

Elnur Əşrəfoğlu 23 il əvvəl… – Jurnalisti Azərbaycana tanıdan veriliş (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Tanınmış jurnalist Elnur Əşrəfoğlunun koronavirusdan dünyasını dəyişməsindən sonra  yaxınları, dostları və tanışları sosial şəbəkədə onunla bağlı xatirələrini bölüşürlər.
TİA.AZ xəbər verir ki, Elnur Əşrəfoğlu daha çox 1994-cü ildə AZTV-də müəllifi olduğu “Sport Daycest” əyləncəli idman televiziya verilişindən sonra ölkədə məşhurluq qazanıb.
Bu məqamda 47 yaşında dünyasını dəyişən jurnalistin müəllifi olduğu “Sport Daycest” verilişinin 23 il əvvəlki buraxılışlarından birini təqdim edirik. Sözügedən buraxılış 1998-ci ildə çəkilib və burada Fransada keçirilən futbol üzrə dünya çempionatından bəhs edilib.
Bu mundialı canlı izləyənlər arasında Azərbaycan millisinin sabiq kapitanı, hazırda isə “Zirə” futbol klubunun baş məşqçisi olan Rəşad Sadıqov da var. Həmin vaxt yeniyetmələrdən ibarət Azərbaycan millisinin üzvü olan R.Sadıqov Bakıda keçirilən mini-futbol turnirinin ən yaxşı oyunçusu kimi yarışın sponsoru tərəfindən Fransaya göndərilib. O, yarış ərəfəsində Elnur Əşrəfoğlunun müəllifi olduğu “Sport Daycest”ə danışmışdı.