Tribuna İnformasiya Agentliyi

Elnarə Abdullayeva od püskürdü: “Onun başına oyun açaram”

16 Avqust

“Mən heç dincəlmirəm. Ömründə bir dəfə də olsun istirahət etməmişəm”

Bunu AzNews.az-a açıqlamasında əməkdar artist, muğam ifaçısı Elnarə Abdullayeva deyib. Müğənni bu mövsümdə pərəstişkarlarının gözünü yolda qoyacağını bildirib:
“4 ildir ki, solo konsertlər verirəm. Yorulmuşam, bu dəfə konsert olmayacaq. Sənətimlə məşğul olacam, işlərim tökülüb qalıb”.
Elnarə Abdullayeva telefonda özünü bacısı kimi tədqim edir qalmaqalına da aydınlıq gətirib:
“Deyirlər ki, mən telefonda bacımın adı ilə danışıram. Ayıbdır ey… Bilmədiyiniz nəyisə niyə danışırsan? Allahdan başqa mənim kimsədən qorxacaq yerim yoxdur. Düşük insan, adam ağzına gələni danışmaz. Ayıb olsun… Ola bilər ki, əsəbi olaram heç telefon götürmərəm. Bütün respublika bilir ki, telefonu mən götürürəm. Efirdə nə düşük-düşük danışırsınız? Allahı başının üstündə görmürsən? Heç utanmırsan? Sən məni tanıyırsan? Allaha and olsun başına oyun açaram. Allahdan qorxuram, yoxsa bunu ona bağışlamazdım. Bax gör sən kimin haqqında danışırsan. Normal qara camaatam, oxuyan da deyiləm. Telefonu kim götürür-götürsün, əsas odur adamın özü normal olsun”.