Elmlər doktoru: “Koronavirus ən gözəl viruslardan biridir, çünki…”backend

Elmlər doktoru: “Koronavirus ən gözəl viruslardan biridir, çünki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Teleaparıcı, elmlər doktoru Yelena Malışeva yeni koronavirusun təhlükə dərəcəsi ilə bağlı suala cavab verərək, bunun ən gözəl viruslardan biri olduğunu deyib.
Qaynarinfo xəbər verir ki, o, bu barədə İnstaqramda canlı yayım zamanı məlumat verib.
Sosial şəbəkə istifadəçilərindən biri Malışevaya yazıb ki, o, əvvəllər koronavirusun təhlükəli olmadığını iddia edirdi, indi isə “hökumətin ağzıyla” bunun çox təhlükəli olduğunu izah edir. “Bəs bunun hansı həqiqətdir?” – teleaparıcının abunəçisi təəccübünü gizlətməyib.
“Mən koronavirusu ən gözəl viruslardan biri hesab edirdim, elə indi də elə düşünürəm”, – deyən Malışeva qeyd edib ki, koronavirus infeksiyası səbəbindən ölənlərin orta yaşı 79,5-dir, uşaqlar isə demək olar ki, bu virusa yoluxmurlar. Aparıcının sözlərinə görə, ölənlərin belə orta yaş həddi olan başqa bir virus varmı? O, qeyd edib ki, heç də yaşlı insanların ölməsinin lazım olduğunu düşünmür və əlavə edib ki, anasının da 86 yaşı var. Onun fikrincə, çoxlama təhlükəsi baxımından, qızılca xəstəliyi bundan dəfələrlə təhlükəlidir, çünki ondan uşaqlar ölürlər.