ELMİRA AXUNDOVA SƏFİR TƏYİN EDİLDİ – Sərəncambackend

Prezident İlham Əliyev Elmira Axundovanın Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Elmira Hüseyn qızı Axundova Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, Elmira Axundova1953-cü il mayın 26-da Moskva vilayətinin Ramensk rayonunda anadan olub. Bakı xoreoqrafiya məktəbi yanında ümumtəhsil məktəbini bitirdikdən sonra şəhər 3 saylı texniki məktəbində stenoqrafiya ixtisasına yiyələnib. Sonra ADU-nun filologiya fakültəsini bitirib. (1976).

Əmək fəaliyyətinə stenoqrafçı kimi başlayıb (1971), sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor (1977-1980) olub. Azərbaycan Yazıçılar İttifaqında referent, məsləhətçi işləyibr (1980-1988). Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində böyük elmi işçi olub (1988-1991). “Literaturnaya qazeta”nın (1990-1998), “Azadlıq” radiostansiyasının (Münhen) Azərbaycan üzrə müxbiri (1993-2000), “Türk dünyası” jurnalının publisistika şöbəsinin müdiri vəzifələrində çalışıb.Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (informasiya məsələləri üzrə katib) seçilib (1991). Azərbaycan Prezidenti yanında əfv komissiyasının üzvüdür (1995-ci ildən). Bakı Slavyan Universitetinin tərcümə nəzəriyyəsi və təcrübəsi kafedrasının dosentidir (2002-ci ildən).

2005-ci ildən bu yana 3 çağırış parlamentin üzvü olub.  Son parlament seçkilərində iştitak etməyib.

Son dövrlər adı bir sıra qalmaqallarda hallanıb. Böyük biznesə, apteklər şəbəkəsinə malik olduğu bildirilir.