Elmi Tədqiqat və Ortopediya İnstitutunun keçirdiyi tender ləğv olundubackend

Elmi Tədqiqat və Ortopediya İnstitutunun keçirdiyi tender ləğv olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Elmi Tədqiqat və Ortopediya İnstitutunun fevralın 22-də keçirdiyi mühafizə xidmətlərinin satınalınması müsabiqəsinin nəticəsi ləğv edilib.
 69 min 667 manat məbləğin olan tenderi qalibi son zamanlar dövlət səhiyyə müəssisələrinin mühafizəsini təşkil edən TİİM MMC olmuşdu.
Tenderin ləğvi ilə bağlı verilən rəsmi məlumatda bildirilir ki, mühafizə xidmətlərinin satınalınması üçün 13.01.2021. tarixdə verilmiş açıq tender elan üzrə keçirilmiş müsabiqənin nəticələri İqtisadiyyat Nazirliyi yanında Aİ və İBNDX-nin 03.03.2021-ci il tarixli AİBNDX 15/01-5/928p saylı məktubu əsasında ləğv edilib və açıq tenderin (elektron satınalma) yenidən keçirilməsi məqsədəmüvafiq hesab edilib.
Elmi Tədqiqat və Ortopediya İnstitutunun tender üzrə əlaqələndiricisi Sevda Zeynalova Qaynarinfo-ya açıqlamasında bildirib ki, müsabiqənin nəticəsi texniki prosedurların düzgün olmamasına görə ləğv edilib:
“Məktubda bank günlərinin düzgün qeyd olunmadığı göstərilib”.