Tribuna İnformasiya Agentliyi

Elmi Tədqiqat İnstitutu ləğv edildi, bazasında yeni qurum yaradıldı

14 İyun

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi Tədqiqat İnstitutu ləğv edilərək, onun bazasında “Aqrar Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxs statuslu qurum yaradılıb

Bu barədə verilən məlumata görə, bu, addım Prezident İlham Əliyev mayın 22-də “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin yaradılması haqqında” Fərmanından irəli gəlib.
Məlumatda o da bildirilir ki, Mərkəzin nizamnamə fondunun formalaşdırılması üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 1 milyon manat ayrılıb.
Bildirilib ki, yayılan məlumatların əksinə olaraq, institutun direktoru Sadiq Salahov hələlik postunda saxlanılıb: “Hələ bu gün institut ləğv edilərək, bazasında publik hüquqi şəxs yaradılıb. Təhvil-təslim indi başlayır. Buna görə də Sadiq Salahovun vəzifəsindən azad edilməsini demək doğru deyil. Proses yeni başlayıb və ola bilər ki, o, yeni qurumun rəhbəri də təyin edilə bilər”.
Məlumatı Mia.az-a KTN-dən təsdiq ediblər.