backend

Elmar Vəliyev vətəndaşları qəbul edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən növbəti dəfə vətəndaşların qəbulu keçirilib. 

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən növbəti dəfə vətəndaşların qəbulu keçirilib.

Vətəndaş qəbulunda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, idarə və müəssisə rəhbərləri, o cümlədən 100 nəfərə yaxın vətəndaş iştirak edib. Qəbulda vətəndaşların təklif, müraciət və şikayətləri icra başçısı tərəfindən tək-tək dinlənilib. Onların ehtiyacları mümkün şəkildə təmin edilib.
Qəbulda, əsasən işıq, qaz və su problemləri həmçinin məşğulluğun təmin edilməsi, torpaq sahəsi ilə təminat, şəhid ailəsinin mənzilinin təmiri, sahibkarlıq fəaliyyətinə dəstək, mənzillərə telefon xəttinin çəkilişi ilə bağlı problemlər də səsləndirilib. Şəhər rəhbərliyi tərəfindən müraciətlərin bir qisminin müsbət həlli üçün dərhal tapşırıq verildi, konkret olaraq vaxt müəyyənləşdirildi. Dinlənilən müraciətlərin bir çoxu yerindəcə öz həllini tapdı. Araşdırılması vacib olan məsələlərlə bağlı isə icra başcısı tərəfindən aidiyyəti qurumlara tapşırıqlar verildi.  

Qəbulda yalnız problemi olanlar deyil, müraciətləri həll olunan vətəndaşlar da minnətdarlıq üçün gəlmişdilər. Qəbuldan razılıqla gedən vətəndaşlar onların problemlərinə diqqət və qayğı ilə yanaşan ölkə rəhbərinə və şəhər İcra Hakimiyyətinin başçısına minnətdarlıq ediblər. Jurnalistlərin sullarını cavablandıran icra başçısı bildirib ki, vətəndaşların ərizə və şikayətlərinə baxılması qaydasına uyğun olaraq şəhər sakinləri kollektiv şəkildə qəbul edilib. Xüsusi olaraq qeyd edib ki, işıq, qaz və su problemi ilə bağlı əhalinin müraciəti yerindəcə öz həllini tapır.