Tribuna İnformasiya Agentliyi

Elmar Vəliyevin vəziyyəti necədir? – Nazirlikdən açıqlama

04 İyul

Gəncənin icra başçısı Elmar Vəliyev məruz qaldığı silahlı hücum zamanı yaralanıb, amma onun vəziyyəti ağır deyil.

Bu barədə AzVision.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov məlumat verib.
Nazirlik rəsmisi bildirib ki, hazırda Elmar Vəliyevə lazımi yardım göstərilir, həyatı üçün ciddi təhlükə yoxdur.

Qeyd edək ki, bu gün Gəncənin icra başçısı Elmar Vəliyevə silahlı hücum olub. Hadisə nəticəsində icra başçısı yaralanıb, mühafizəçisi Qasım Aşbazov isə hadisə yerində ölüb.

İcra başçısı Mərkəzi Klinik Gəncə Xəstəxanasına yerləşdirilib. Silahlı hücumu törədən Yunis Səfərov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.