Tribuna İnformasiya Agentliyi

Elmar Məmmədyarov Çavuşoğlu ilə görüşüb

03 Dekabr

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanda rəsmi səfərdədir. Səfər zamanı Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşüb. 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanda rəsmi səfərdədir. Səfər zamanı Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşüb.

TİA.AZ-ın məlumatına görə, Bakıda keçirilən mətbuat konfransında Məmmədyarov bildirib ki, Türkiyənin xarici işlər nazir Mövlud Çavuşoğlu ilə keçirilən görüşdə regional məsələlər, Dağlıq Qarabağ münaqişəsinə dair fikir mübadiləsi aparılıb.

Nazir vurğulayıb ki, görüş zamanı türkiyəli həmkarı ona Rusiya XİN rəhbərinin Türkiyəyə səfəri barədə məlumat verib: “Bu görüşlə bağlı müzakirələrimiz olub. Gələn həftə NATO-nun zirvə toplantısı keçiriləcək. Hamburqda isə ATƏT XİN rəhbərlərinin görüşü olacaq. Bununla bağlı müzakirələr apardıq”.

E.Məmmədyarov, həmçinin qeyd edib ki, görüşdə Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı geniş müzakirə aparılıb: “TANAP layihəsi də müzakirə mövzusu oldu. Layihə üzrə işlərin 50 faizi görülüb. Eyni zamanda lavaşla bağlı YUNESKO-ya təqdim olunan və qəbul edilən təklifimiz müzakirə edildi. Bu, çox mühüm bir addım idi”.