Elman Rüstəmov qaydanı pozdu – 8 ildir ki…backend

Elman Rüstəmov qaydanı pozdu – 8 ildir ki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daha bir federasiya daxili nizamnaməni kobud şəkildə pozub.

Unikal.org-un əldə etdiyi məlumata görə, Elman Rüstəmovun rəhbəri olduğu Azərbaycan Şahmat Federasiyasında 2012-ci ildən sonra heç bir hesabat-seçki konfransı keçirilməyib.

Federasiya nizamnaməsinə əsasən 4 ildən bir hesabat-seçki konfransı keçirilməli, prezident və vitse-prezidentlər səsvermə yolu ilə yenidən seçilməli olduğu halda qurum 8 ildir ki, buna əhəmiyyət vermir.

Unikal.org-a açıqlama verən federasiyanın vitse-prezidenti Faiq Həsənov 8 ildən çoxdur seçkinin keçirilmədiyini təsdiqləyib:

“Bizdə baş katib vəzifəsi də yoxdur. 2012-ci ildən hesabat-seçki konfransının keçirilməməsi doğrudur. Çünki seçkiyə ehtiyac duymururq. Hazırda bizim federasiyada prezident və 3 vitse-prezident var”.