Elman Nəsirov: “Bu aksiyaya son qoyulmalıdır”backend

Elman Nəsirov: “Bu aksiyaya son qoyulmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu istək çox qorxulu istəkdir. Çünki söhbət insan sağlamlığından gedir. Hazırkı durumda maska taxılması mütləqdir və bu, bizim icadımız deyil”.

Bu sözləri Tia-az-a açıqlamasında millət vəkili Elman Nəsirov sosial şəbəkə istifadəçilərinin başlatdığı “Nəfəs alaq” kampaniyası haqda danışakən deyib:

“ÜST-ün vahid yanaşması var ki, maskadan istifadə yoluxma faizini aşağı salır. Təbii ki, dezinfeksiya vasitələri, sosial məsafənin də rolu böyükdür. Ancaq maskadan istifadə birinci növbədədir. Sözügedən aksıyanı keçirən şəxslər istər inkişaf etmiş istərsə də inkişaf etməkdə olan ölkələrə nəzər yetirsinlər. Məgər digər ölkələrdə maskadan istifadə edilmir? Digər tərəfdən də maskadan imtina  təkcə sağlamlığa təhlükə yaratmır, həm də qanun pozuntusu hesab olunur. Çünki məsələ qanunvericilikdə öz əksini tapır.

Hesab edirəm ki, bu aksiyaya son qoyulmalıdır. Aksiyanın iştirakçısılarını məsuliyyətə dəvət edirəm. Bu, məsuliyyətsiz davranışdır və çox ciddi fəsadları ola bilər.”

Xatırladaq ki, Sosial şəbəkə istifadəçiləri #nəfəsalaq həştəqi ilə kampaniya başladıb.

Kampaniyaya qoşulan istifadəçilər TƏBİB-dən park və küçələrdə, açıq məkanlarda və insanların az olduğu yerlərdə maskadan istifadə qaydasının ləğv olunmasını istəyirlər.

Aytac Sahəd

TİA.AZ