ƏLİYEVLƏ PAŞİNYANIN BRÜSSEL GÖRÜŞÜNDƏ HANSI TARİXİ ANLAŞMA OLACAQ? – POLİTOLOQDAN İSTİ ŞƏRHbackend

ƏLİYEVLƏ PAŞİNYANIN BRÜSSEL GÖRÜŞÜNDƏ HANSI TARİXİ ANLAŞMA OLACAQ? – POLİTOLOQDAN İSTİ ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanin baş naziri Nikol Paşinyanın arasında avqustun 31- də keçirilməsi nəzərdə tutulan göruşdə əsas müzakirə obyektinin Zəngəzur dəhlizi ilə bağlı olacağı gözlənilir”.
Bunu TİA. Az-a açıqlamasında politoloq Elşən Manafov deyib. Onun sözlərinə görə, Azərbaycan növbəti görüşə cəbhədə qazanılmış ciddi uğurlarla gedir:

“Görüşdə İlham Əliyev tərəfindən dövlətlərarası münasibətləri normallaşdırmaq üçün 5 məlum prinsip ətrafinda müzakirələrin də gedəcəyi istisna deyil, Ermənistan tərəfi artıq bir neçə dəfə bu təkliflər ətrafında müzakirələrin aparılmasının məqbulluğunu bildirib, zira tərəflər arasinda yekun sülh müqaviləsinin imzalanması ilk olaraq tərəflərin bir-birlərinin dövlət suverenliklərini tanımalarından, Ermənistanın Azərbaycana ərazi iddialarından imtina etməsindən asılı olacaq.

Bunlar baza prinsipləridir və məhz bu məsələlər ətrafında razılıqlar dövlətlərarasi sərhədlərin denansifikasiyyasi, nəqliyyat dəhlizlərinin açılması ətrafında Moskva razılaşmalarında məlum şərtlərin yerinə yetirilməsi işində mühüm rol oynayacaq. İstər Moskva, istərsə də Brüsseldə keçirilmiş görüşlər də Ermənistanın prinsip etibari ilə danışdıqların bu şərtlər ətrafında getməsi ilə bağlı məlum bəyənatlara baxmayaraq problemlərin həlli istiqamətində ciddi irəliləyişlərə nail olmaq mümkün olmayıb, hərçənd üç tərəfli komissiyanın yaradılması və artiq əməli fəaliyyəti ilə bağlı məqamlar göstərir ki, siyasi iradə var, danışıqlar mövcud problemləri həll etməyin ən optimal variantıdır. Bununla belə erməni tərəfinin qeyri konstuktivliyi, danışıqları elə danışıqlar naminə aparmaq istəyi, artıq amorf qurum təsiri bağışlayan ATƏT- in Minsk qrupunu yenidən tərəflər arasında vasitəçi qismində görmək istəməsi ilə bağlı səsləndirilən bəyənatlara, ən əsas isə Azərbaycan ərazisindən Ermənistana məxsus işğalçı qoşunları çıxartmaq məsələsini qəsdən yubatmalari rəsmi Bakını prezident İlham Əliyevin təbirincə desək “Dəmir yumruğun yerində olduğunu” bir daha xatırlatmağa sövq etdi, nəticə etibari ilə “Qisas” əməliyyati keçirildi, Azərbaycan tərəfi strateji yüksəkliklərdə möhkəmləndi, Laçın rayonunun ərazisindən qeyri-qanuni şəkildə yerləşdirilmiş erməni kəndləri boşaldılmağa başlandı. Beləliklə, Azərbaycan növbəti görüşə cəbhədə qazanılmış ciddi uğurlarla gedir, bundan əlavə Azərbaycan Prezidentinin göstərişi ilə qısa zamanda istifadəyə verilmiş 32 km yeni yol, paralel dəhlizin açılması və Şuşa üçün Laçın dəhlizi ətrafında mümkün təhlükənin sovuşdurulması baxımından da ciddi hadisə oldu. Ermənistan Mehri tərəfdən məlum dəhlizin açılmasını ləngitmək üçün Qazax İcevan istiqamətindən Naxçıvanla dəhliz təklif edir ki, bu da coğrafi, iqtisadi, maliyyə tərəfləri baxımından Mehri ilə müqayisədə rentabelli sayıla bilməz. Azərbaycan tərəfi üçün, odur ki, adi çəkilən uğurlardan sonra İlham Əliyevin növbəti görüşdə daha qətiyyətli olacağı və erməni tərəfinə danışıqları məzmunsuz və mənasız olaraq uzatmaq üçün kart blanş verməyəcəyi məsələsində əksər ekspertlər yekdildirlər. Moskvanın və Brüsselin eyni dərəcədə rəsmi Bakı ilə münasibətlərin genişləndirilməsi və inkişafında maraqli olmaları nəzərə alınarsa Paşinyanın məlum tərəflərdən ciddi dəstək alacağı az ehtimal olunan bir işdir”.

Aytac

TİA. Az