Əliyevin Bayden hökumətinə iradına səfirlikdən kiflənmiş “açıqlama” – Politoloqun şərhi…backend

Əliyevin Bayden hökumətinə iradına səfirlikdən kiflənmiş “açıqlama” – Politoloqun şərhi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Bakıdakı səfirliyi Prezident İlham Əliyevin Bayden administrasiyasına irad bildirməsinə münasibət açıqlayarkən özünü qondarma “artsax respublikası”nın bir vintciyi kimi aparıb. TİA.Az-ın xəbərinə görə, səfirlik İ.Əliyevin “Amerikanın bizim regionla bağlı mövqeyinin nədən ibarət olduğunu bilmirik” deməsinə “Birləşmiş Ştatlar, Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla davamlı həllinə nail olunması və barışığın təşviqi üçün ATƏT-in Minsk Qrupunun həmsədri olaraq tərəflərlə işləməyə davam edəcəkdir” cavabını verib.

Dövlət başçısı amerikalı dövlət katibi Entoni Blinkenin Ermənistanın baş naziri Nikol Paşinyanla zəngləşməsini xatırladaraq Bakı ilə heç bir telefon danışığı olmadığını, bunu həmsədr ölkənin balansı pozması kimi qiymətləndirmişdi. Səfirlik isə əvəzində toz basmış, kiflənmiş rəflərdən çıxardığı arxiv mətnin üstünü silərək açıqlama yayıb və “Dağlıq Qarabağ münaqişəsi” ifadəsini işlədib. Lakin supergüc dövlətin diplomatik korpusu bilərəkdən, ya bilməyərəkdən belə deməklə bir böyük həqiqəti görməzdən gəlib ki, 10 noyabrdan sonra “Dağlıq Qarabağ münaqişəsi” qalmayıb.

Çünki müharibə bitib, BMT-nin çıxardığı 4 qətnaməni Azərbaycan ordusu özü icra edib, ərazi bütövlüyümüz beynəlxalq sənədlərdə göstərildiyi kimi bərpa olunub. Prezident Əliyev də çıxışlarında yada salıb ki, münaqişə keçmişdə qaldı, “status” gorbagor olub, gələcəyə baxmaq lazımdır. Bunun üzərindən səfirliyin prezidentin ABŞ hökumətinə irad bildirməsinə görə köhnə açıqlamanı yayması qeyri-professional addımdır. Artıq “Dağlıq Qarabağ münaqişəsi” tədavüldən çıxıb, problemin danışıqlarla həlli yoluna rəsmi Bakı 30 il sadiq qalıb, nəticəsi olmayanda münaqişə 44 günlük müharibə ilə ədalətli həllini tapıb. Bunun bariz nümunəsi – Azərbaycan əsgərinin əli işi olan Hərbi Qənimətlər Parkıdır ki, ABŞ səfirliyinin əməkdaşları vaxtı olanda açıq səma altında muzeyi gəzə, “Dağlıq Qarabağ münaqişəsi”nin keçmişdə qaldığına şahid ola bilərlər.

Siyasi ekspert Ramiyə Məmmədovanın TİA.Az-a bildirdiyinə görə, səfirliyin bu mövqeyi son günlər ATƏT-in Minsk Qrupunu xortlatmaq və təzədən dövriyyəyə buraxmaq niyyətindən qaynaqlanır. Onun fikrincə, ABŞ və bütövlükdə Qərb dünyası konfliktin onun nəzarətindən kənarda həllinə, rus qoşunlarının sülhməramlı missiya ilə Qarabağa yerləşməsinə görə narahatdırlar: “Ona görə ABŞ rəsmiləri Minsk Qrupunu yenidən danışıqlara qaytarmağa çalışırlar. Rusiya da etiraz etmir, marağında olmasa belə, vəziyyəti pisləşdirməmək üçün həmsədr ölkə kimi özünü elə göstərir ki, guya Minsk Qrupunun iştirakının tərəfdarıdır. Hərçənd Moskva problemin həllində baş rol oynayıb, amma ABŞ və Fransanı hirsləndirmir. Bakı da Minsk Qrupunu səmərəsiz sayır, lakin yenə də kəskin mövqe qoymur, yəni sözləri varsa, buyurub danışsınlar.

Həmsədrlər Bakıda olanda da cənab Prezident onlara dedi ki, sizi dəvət etməmişik, özünüz gəlmisiniz, nə sözünüz varsa kameralara danışın. Amma Minsk Qrupu qayıdırsa, səfirlik açıqlaması ilə buna eyham vurursa, olsun, ən azı Xankəndi, Xocalı, Xocavənd ərazilərində suverenliyin bərpası, orada yaşayan ermənilərin sabahı haqda müzakirələr ola bilər. Ancaq istənilən halda, səfirlik Dağlıq Qarabağ münaqişəsi” söyləməklə keçmişdə qalıb…”

TİA.Az