ƏLİYEV VƏ PAŞİNYAN BRÜSSEL GÖRÜŞÜNDƏN NƏ İLƏ QAYITDILAR? – EKSPERTİN ŞƏRHİbackend

ƏLİYEV VƏ PAŞİNYAN BRÜSSEL GÖRÜŞÜNDƏN NƏ İLƏ QAYITDILAR? – EKSPERTİN ŞƏRHİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu görüş üçüncü tərəfin iştirakı olmadan sülh sazısinin imzalanması istiqamətində atılan ən real addımlardan biri idi.”
Bunu TİA. az-a açıqlamasında politoloq Xəyal Bəşirov bildirib.
“Ötən görüşdə Azərbaycanla Ermənistan arasında ilk dəfə olaraq ikitərəfli sərhəd komissiyasının yaradılması ilə bağlı razılaşma əldə edildi.
Çox təəssüflər olsun ki, Ermənistan tərəfinin prosesdən yayınması və prosesi uzatmaq üçün atdığı addımların nəticəsi olaraq həmin o komissiyasının tərkibinin tam formalaşdırılması və görüşün keçirilməsi ilə bağlı proses uzandı və sözügedən görüşə qədər reallaşmadı. Bu görüşdə də Nikol Paşinyana həm Avropa İttifaqı Şurasının prezidenti tərəfindən həm də prezident İlham Əliyev tərəfindən hesabat xarakterli sual verildi ki, əgər bu razılaşma əldə edilibsə, niyə Ermənistan üzərinə düşən öhdəliyi yerinə yetirmir?

Son görüşdə bir sıra yeni razılaşmalar əldə olundu. Bu komissiya yaxın günlərdə görüşü baş tutacaq və həmin görüşdə Azərbaycan tərəfinin elə 44 günlük müharibədən sonra real olaraq ortaya qoyduğu təşəbbüslərin mahiyyətində duran sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi ciddi şəkildə müzakirə olunacaq. Təbii ki, bu, Azərbaycanın istəyi və təkididir. Haqlı olaraq Azərbaycan sərhədlərimizin müəyyənləşməsi presosi reallaşmadan aramızda sülh sazişinin imzalanmasının qeyri-mümkün olacağını iddia edir və bu normaldır. Çünki dünyada bir-birinin sərhəddini tanımayan dövlətlər arasında sülhün mövcud olması mümkün deyil.

Eyni zamanda Avropa Şurası İttifaqı tərəfindən Azərbaycanın 44 günlük müharibədən sonra ortaya qoyduğu yeni reallığın mahiyyətininə uyğun olaraq, o cümlədən də, 10 noyabr 2020-ci il tarixli Bəyanatın, 11 yanvar 2021-ci il tarixli Moskva Bəyanatının və 2021-ci il Soçi bəyanatlarında öz əksini tapan münaqişə səbəbindən bloka salınmış iqtisadi, nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması ilə bağlı məqamlardır. O cümlədən də Zəngəzur dəhlizinin reallaşdırılması ilə bağlı məqamların müzakirəsi ilə bağlı məsələlərə toxunulub. Təbii ki, Azərbaycanın istədiyi və daim müzakirə obyektinə çevirmək istədiyi mövzular sərhədlərin sərhədlərin delimitasiyası və demarkasiyası nəqliyyat və iqtisadi kommunikasiyalar blokunun açılması ilə bağlı məqamlar habelə əsirlərin məsələsinin müzakirəsini daim diqqətə çatdırılmasıdır. Birinci Qarabağ müharibəsi də daxil olmaqla Azərbaycanın dörd minə yaxın insanının Ermənistan tərəfindən əsir düşməsi və Ermənistan tərəfindən bu günə qədər həmin şəxslər barədə məlumatın verilməməsindən doğan narahatlığı Azərbaycan tərəfi daim səsləndirir və müzakirə obyektinə çevirməyə çalışır.
Bu görüşdə Avropa İttifaqı Şurasının prezidenti tərəfindən maraqlı bir fikir səsləndirilən maraqlı bir fikir iqtisadi məsləhətləşmə qrupunun müzakirələrə qoşulması ümumilikdə regionda iqtisadi inkişafa start verilməsi məsələsi ilə bağlı idi. Təbii ki, bu da Azərbaycanın regionda ortaya qoyduğu yeni reallığın tərkib hissəsidir.
Mən düşünürəm ki, bu görüşdə Azərbaycanla Ermənistan arasında bu günə qədər mövcud olan ciddi problemlərin müzakirəsi baş tutub və Ermənistan tərəfinin diqqətinə öhdəlikləri bir daha çatıdırılıb. Əgər Ermənistan tərəfi üzərinə düşən öhdəlikləri yerinə yetirərsə, sülh sazişinin imzalanması üçün hər hansı bir maneçilik olmayacaq. Ermənistan tərəfi üzərinə düşən öhdəlikləri yerinə yetirməsə, Azərbaycan tərəfi alternativ yolu bilir. Cənab prezidentin də qeyd etdiyi kimi bu proses uzun illər ərzində davam edə bilməz.”

TİA.az