ƏLİYEV SEPARATÇILARA XƏBƏRDARLIQ ETMİŞDİ… – BAKI NƏYƏ HAZIRLAŞIR?backend

ƏLİYEV SEPARATÇILARA XƏBƏRDARLIQ ETMİŞDİ… – BAKI NƏYƏ HAZIRLAŞIR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ceyhun Bayramov Blinkenin köməkçisinə Ermənistanın 10 noyabr razılaşmasının 4-cü bəndini – erməni qoşunların Azərbaycandan ərazisindən tam çıxarılmadığını – icra etmədiyini və bunun qəbuledilməz olduğunu deyib. Bakı İrəvanın “çıxarılma prosesi” ilə bağlı açıqlamasının imitasiya olduğunu bilir və Moskva qarşısında qaldırdığı tələbi, Vaşinqtona da xatırladır”.

TİA.Az bildirir ki, siyasi şərhçi Asif Nərimanlı söyləyib. Ekspertin fikrincə, bu dəfə ermənilərin prosesdən yayınmağa yolu qalmır: “Əliyev xəbərdarlıq etmişdi… Erməni mediası Qarabağda gərginliyin olduğunu iddia edir və Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun hazırda Moskvada olmasından şikayətlənirlər.

Hansısa hərbi hərəkətlilik varmı? Bu, erməni mediası və separatçı-terrorçuların iddiasıdır. Nə baş verdiyini yalnız Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatından öyrənə bilərik. Rəsmi məlumat yoxdursa, deməli bütün məlumatlar ermənilərin hay-küyündən başqa bir şey deyil. Ermənilərin hay-küyü də qaz məsələsində olduğu kimi “dəstəkçi” tapmaq, Bakıya bu və ya digər formada təzyiq edilməsinə nail olmaq məqsədi daşıyır. AzərBaycan Ordusu yalnız öz suveren ərazisində mövqe dəyişikliyi edə bilər”.

TİA.Az