ƏLİYEV PAŞİNYANA QƏTİ ŞƏRT QOYUB – MAKRONLA GÖRÜŞÜN PƏRDƏARXASI…backend

ƏLİYEV PAŞİNYANA QƏTİ ŞƏRT QOYUB – MAKRONLA GÖRÜŞÜN PƏRDƏARXASI…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Paşinyanın Makronla təcili görüşü, Ter – Petrosyanın Ermənistanın dövlət televiziyasına verdiyi müsahibə bir daha təsdiq edir ki, Azərbaycan qəti şəkildə Paşinyana öz şərtini qoyub” . Bu fikri TİA.az-a Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirib. Ekspert hesab edir ki, əgər Ermənistanın siyasi arenasında olan qruplar şərtlərimizi qəbul etməsələr 8 ay sonra tamam başqa vəziyyətlə qarşılaşa bilərlər: “Ona görə Paşinyan və müxalifət arasında açıq söhbət olmalı və sülh müqaviləsinə imza atılmalıdır” .
Analitik hesab edir ki, sülh müqaviləsi Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasını ehtiva edir: ” Makron və Blinken isə zənglərinin cavabsız qalma ehtimalları haqqında düşünsünlər və gələcəyə Vilsonun eynəkləri ilə baxmasınlar” .

TİA.az