Əliyar Əliyevin Qubadlıdakı məzarı bərpa olundu (FOTO)backend

Əliyar Əliyevin Qubadlıdakı məzarı bərpa olundu (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin Qubadlının Qəzyan kəndində ermənilər tərəfindən dağıdılmış məzarı bərpa olunub.
 
TİA.AZ xəbər verir ki,bu barədə sosial şəbəkələrdə foto paylaşılıb.
 
Qeyd edək ki, Ə.Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib.
 
Onun son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. “Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Ə.Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. Ə.Əliyev Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub.