Əlilliyin müəyyənləşdirilməsi meyarları dəyişirbackend

Əlilliyin müəyyənləşdirilməsi meyarları dəyişir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əlilliyin müəyyənləşdirilməsi meyarları dəyişir.

TİA.AZ xəbər verir ki, bu, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, “I dərəcə əlilliyi olan şəxslər” anlayışı “orqanizmin funksiyalarının 81-100 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslər”, “II dərəcə əlilliyi olan şəxslər” anlayışı “orqanizmin funksiyalarının 61-80 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslər”, “III dərəcə əlilliyi olan şəxslər” anlayışı “orqanizmin funksiyalarının 31-60 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslər” anlayışı ilə əvəzlənir.
Qeyd edək ki, istehsalat qəzaları və peşə xəstəlikləri ilə bağlı orqanizmin funksiyalarının 10-31 0 faiz itirilməsinə görə də əlillik müəyyən ediləcək.