Əlillik dərəcəsi necə müəyyənləşdiriləcək? (ŞƏRH)backend

Əlillik dərəcəsi necə müəyyənləşdiriləcək? (ŞƏRH)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Avropa Birliyində olduğu kimi əlillik dərəcələri əmək qabiliyyətinin itirilməsi faizinə uyğun olaraq müəyyənləşdiriləcək”.
Bunu  açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlillik dərəcələri ilə bağlı Milli Məclisə təqdim edilən yeni qanun layihəsindən danışarkən deyib. Onun sözlərinə görə, əmək qabiliyyətini daha çox itirmiş vətəndaşlar yüksək sosial dəstəyi olan qrupa daxil ediləcək:
“Burada əsas məqsəd əlilliyin müəyyənləşdirib beynəlxalq standartlara uyğunlaşdırılmasından ibarətdir. Nəzərə alaq ki, Avropa Birliyinə üzv olan ölkələrdə oxşar praktikadan istifadə olunur. Bu praktikanın məqsəd və mahiyyəti ondan ibarətdir ki, əmək qabiliyyətini itirməsinə görə əlillik dərəcəsinin müəyyənləşdirilməsi həyata keçiriləcək. Bu da nəticə etibarı ilə imkan verirəcək ki, əlillik dərəcəsi müəyyələşdirilən zaman məhz vətəndaşın əmək qabiliyyəti nəzərə alınsın. Bu əlillik dərəcələrinin daha doğru meyarlarla müəyyənləşdirilməsinə imkan verəcək”.
Deputat eyni zamanda bildirib ki, bu fiziki imkanı məhdud olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi baxımından da vacibdir:
“Çünki nəticə etibarı ilə imkan verəcək ki, növbəti illərdə həm əlillik dərəcələrinin müəyyənləşdirilməsində yeni qaydalar, həm də qaydalar çərçivəsində bu istiqamətdə daha çox vəsaitin ayrılması mümkün olsun”