Əli Həsənovun oğlunu məhkəməyə verdilər – SƏBƏBbackend

Əli Həsənovun oğlunu məhkəməyə verdilər – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Kaspi Global” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı məhkəmə iddiası qaldırıb.

“Yeniavaz.com” xəbər verir ki, məhkəmə baxışı bu gün – 07.05.2021-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Leyla Əliyevanın sədrliyi ilə baş tutacaq.

Məhkəmə iddiasının müqavilə tələbi ilə əlaqəli olduğu bildirilir.

Qeyd edək ki, məhkəmə iddiasında borclu olaraq göstərilən “Kaspi Global” MMC-nin direktoru Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənlidir.

Hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Fikrət Əmirov, ev 1-də yerləşən “Kaspi Global” MMC 27.07.2011-ci ildə dövlət qeydiyyatına alınıb.