Əli Əsədov Şuşa ilə bağlı 36 il əvvəlki qərarı LƏĞV ETDİbackend

Əli Əsədov Şuşa ilə bağlı 36 il əvvəlki qərarı LƏĞV ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər Kabineti “Şuşa dövlət tarix-arxitektura qoruğu haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan SSR Nazirlər Sovetinin 1985-ci ildəki qərarı ləğv edib.

TİA.AZ xəbər verir ki, bu barədə müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Bundan başqa, notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”a dəyişiklik edilib.

Dəyişikliyə əsasən, mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında müvafiq dövlət reyestrindən çıxarışda və ya daşınmaz əmlakın təsvirində, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışda daşınmaz əmlakın tarix və mədəniyyət abidəsi olması barədə məlumat qeyd edildiyi halda, daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı satın almaqda üstünlük hüququnun həyata keçirilməsini təmin etmək məqsədilə, habelə daşınmaz əmlak icarəyə (istifadəyə) verilərkən mülkiyyətçinin müraciəti əsasında notarius tərəfindən Mədəniyyət Nazirliyinə, tabeliyindəki dövlət qoruqlarının ərazisində yerləşən abidələrə münasibətdə Dövlət Turizm Agentliyinə, Şuşa şəhərinin ərazisində yerləşən abidələrə münasibətdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisində yerləşən abidələrə münasibətdə isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə bildiriş göndəriləcək.