Əli Əliyevlə bağlı məhkəmədən YENİ QƏRARbackend

Əli Əliyevlə bağlı məhkəmədən YENİ QƏRAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Vətəndaş və İnkişaf Partiyasının həbsdə olan sədri Əli Əliyevin barəsində olan hökmdən verilən kasasiya şikayətinə baxılıb.
TİA.AZ APA-ya istinadla xəbər verir ki, bu barədə onun vəkili Cavad Cavadov bildirib.Vəkilin sözlərinə görə, şikayətə Ali Məhkəmədə Əziz Seyidovun sədrliyi ilə baxılıb, şikayət təmin edilməyib.
Xatırladaq ki, 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus Mi-17 tipli helikopterində sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov VİP sədri Əli Əliyevə qarşı Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq xüsusi ittiham qaydasında şikayət veriblər.
İddiaçılar şikayət ərizəsində Əli Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Şikayətlərdə göstərilib ki, VİP sədri Əli Əliyev məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü bildirib. Xüsusi ittihamçıların şikayətləri ayrı icraatda araşdırılıb.
Yanvarın 13-də Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə DSX-nin polkovnik-leytenantı Emil Cəfərovun şikayəti ilə bağlı qərar qəbul olunub.
Qərara əsasən, Əli Əliyev 5 ay müddətinə həbs edilib.