Əli Əliyev seçkiyə qatıldı – Partiya sədrinin qəfil qərarıbackend

Əli Əliyev seçkiyə qatıldı – Partiya sədrinin qəfil qərarı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Vətəndaş İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin namizədliyi qeydə alınıb.
BakuPost-un məlumatına görə, Ə. Əliyev seçkilərdə 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən iştirak edəcək.
Artıq DSK tərəfindən onun namizədliyi qeydə alınıb.
Maraqlıdır ki, Əli Əliyevin namizədliyinin irəli sürülməsi ilə bağlı heç bir məlumat yox idi. Buna görə də, VİP-in seçkidə iştirak etməyəcəyi bildirilirdi. Görünür, Əli Əliyev qəfil qərar verib və imzalarını toplayıb.
Qeyd edək ki, bu dairədə Ə. Əliyevin rəqibi “Real”ın namizədi, Vəkillər Kollegiyasının üzvü Cavad Cavadlı və bir müddət əvvəl “Real”da İlqar Məmmədovun əleyhinə çıxan Azər Qasımlıdır. Həm A. Qasımlının, həm də C. Cavadlının namizədliyi DSK tərəfindən qeydə alınıb. Bu dairədən hakim partiyanın namizədi Heydər Əliyev Mərkəzinin direktorunun müşaviri Elnur Allahverdiyevdir.