Əli Cəfərovun görüşləri davam edir-FOTObackend

Əli Cəfərovun görüşləri davam edir-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq məlumdur ki, parlament seçkilərinin keçiriləcəyi fevralın ilk ongünlüyünün astanasındayıq. Millət vəkilliyinə namizədlərin seçiciləri ilə görüşləri mütəmadi xarakter alıb. Görüşlərdə nələrdən danışıldığını təfsilati ilə görə bilməsək də, görüşlər barədə ümumi məlumatları media qurumları və sosial şəbəkələrdən daim izləyirik. Namizədlər, növbəbənkənar parlament seçkiləri, ölkə vətəndaşlarının namizədlərə və seçkilərə, eləcə də ölkəmizdə aparılması nəzərdə tutulan islahatlar proqramına münasibətini və s. öyrənmək məqsədilə millət vəkilliyinə namizəd Əli Cəfərova müraciət etdik. Xatırladırıq ki, Əli Cəfərov Masallı rayon 70 saylı şəhər seçki dairəsindən millət vəkilliyinə namizədliyini irəli sürmüş Demokratik İslahatlar Partiyasının (DİP) funksioneri, Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin sədridir. Onunla söhbətimizə növbədənkənar parlament seçkilərinə qatılmasının səbəbini soruşmaqla başladıq:

– Əli bəy, vaxtilə parlament seçkilərində iştirak etdiyinizə rəğmən yenidən seçkilərə qatılmağınızın məqsədini bilmək istərdik. Bu, hansı səbəbdən baş verdi: seçkinin demokratik keçiriləcəyi ilə bağlı verilən vədlərdən, yoxsa yenidən qüvvənizi sınamaq istəyinizdən?

– Haqlı sualdı. Mən bir neçə dəfə respublikamızda keçırılən parlament seçkilərində iştirak etmişəm və bu hakimiyyətin seçki texnoloğiyasına yaxşı bələdəm. Növbədənkənar keçirilən parlament seçkilərində iştirak etmək məqsədim yox idi. Ölkə prezdentinin göstərdiyi siyası iradə, yəni cəmiyyətimizə yeniliyi gətirə bilməyən köhnə təfəkkürlü insanları vəzifələrdən uzaqlaşdırması, parlamentin buraxılması, prezidentin son çıxışları fonunda islahatlara başlanılmasına yönələn islahatlar anonsu isə məni ruhlandırdı və islahat tərəfdarı kimi bu prosesə qosuldum. Eyni zamanda məni Milli Məclisdə görmək istəyənlərin yenidən güvəninin qazanılması da əsas faktorlardan biridir. Çoxlu sayda Muğan bölgəsinin ziyalılarının da məni Milli Məclisdə təmsilçiləri görmək kimi arzu və fikirləri seçkiyə qatılmağım yolunda bir stimula çevrildi.

– Artıq seçkinin təbliğat mərhələsindəyik. Görüşlərinizi mediadan və sosial şəbəkələrdən izləyirik. Müşahidələrinizi bizimlə bölüşməyinizi istərdik. Sizcə sağlam rəqabətə şəraitin heç olmasa konturları görünürmü?

– Açığı, ilk mərhələdə, yəni imzatoplama mərhələsində heç bir qanun pozuntusu və təzyiqlə üzləşməmişəm. Amma təbliğat və təşviqat mərhələsində müəyyən pozuntu və haqsızlıqlarla üzləşmişəm. Bəzi məntəqə ərazisində, əsasən də Muğan bölğəsində yerli icra nümayəndələri seçkiyə müdaxilə edir, mənim səkillərimi çırdırır və yaxud təşviqat lövhələrindən götürürlər. Qəribə burasıdır ki, bu neqativ hallara icra hakimiyyətinin yerli nümayəndələri və bəzi məntəqə sədrləri özləri rəhbərlik edir. Bunlar çox acınacaqlı haldır. Hətta bəzi məktəb rəhbərliyi və məntəqə sədrləri səmimi səkildə onlara belə tapşırıq verildiyini etiraf edirlər. Görüslərimin keçirilməsini əngəlləyə bilməsələr də, yenə də öz qanunsuz əməllərindən əl çəkmir, hər vəchlə maneçilik törətməyə çalışırlar. YAP-nın namizədinin orta məktəblərdə görüşlər keçirməsinə baxmayaraq, digər namizədləri orta məktəbə belə buraxmaq istəmirlər. Halbuki, YAP-ın namizədinin görüşlərini özləri təşkil edirlər. Və nəhayət onu da bildirmək istəyirəm kı, hazırkı situasiyada sağlam rəqabət və mübarizədən söhbət gedə bilməz.

– Əli bəy, seçiləcəyiniz təqdirdə təmsil etdiyiniz bölgənin sosial-iqtisadi durumunun yaxşılaşdırılması üçün ilkin olaraq hansı məsələləri Milli Məclisdə qaldırıb icra orqanının diqqətini bu işlərə cəlb etmək istərdiniz? Artıq seçicilərlə təmaslarınız zamanı onların problemlərini daha yaxından öyrənməyiniz yəqin sizi bu əsnada düşündürüb…

– Mən sizə açıqca bildirirəm ki, sabiq deputatlar olan nə Əhəd Abıyev, nə də Nəriman Əliyev bölgənin, əsasən də rayonumuzun problemlərilə məsğul olmayıb və rayonun problemlərini ali tribunada səsləndirməyiblər. Bizim bölgə əhalisinin kifayət qədər qayğıları var. Görüşlər zamanı məlum oldu kı, illərdir problemlər yığılıb qalıb və öz həllini tapmayıb. Qədim mədəniyyət mərkəzi olan Xırmandalı kənd yaradıçılıq mərkəzinin uzun müddətdir işığı yoxdur, təmirsizlikdən yararsız hala düsüb. Digər problem bu kəndə məxsus torpaq sahəsinin hansı əsaslasa Neftçala rayonunun sərəncamına verilməsidir ki, torpaq islahatının aparıldığı bu qədər illər ərzində o deputatlar bu problemi ümumiyyətlə görməzdən gəliblər. Torpaq islahatları dediyim kimi düzgün aparılmayıb. Xırmandalı, Həsənli, Qarğalıq və başqa kəndlərdə heyvandarlığı və kənd təsərrüfatını inkişaf etdirmək üçün su qıtlığı var. Yayda su qəhətə çevrilir. Xallıcalı, Qədirli kəndlərini Eminli ilə Ərəb kəndləri ilə birləşdirən yollar çox yararsız haldadır. Əhalı olmazın əziyyətlr çəkir. Bölgə gəncləri issizdi. Onların asudə vaxtlarını səmərəli təşkil etmək üçün müvafiq yerlər yoxdu və buna görə də bölgədə narkomaniya baş alıb gedir. Bölgənin kifayət qədər problemləri var və mən millət vəkli seçilərəmsə, bu problemlərin həll olunmasında əlimdən gələn göməkliyi edəcəyəm.

– Millət vəkili kimi ölkəmizin bir nömrəli problemi olan Qarabağ konfliktinin həlli ilə bağlı hansı təklifləri irəli sürməyi düşünürsünüz?

– Bizim torpaqlarımızı erməni və rus hərbi birləşmələri işğal edib. Çox acınacaqlı haldır ki, BMT-nin işğal olunmuş torpaqlarımızın geri qaytarılması haqda dörd qətnamə qəbul etməsinə baxmayaraq, işğalçılar torpaqlarımızı qaytarmaq istəmir. Lakin bu qətnamələrdə “torpaqlarımızın qeyd-şərtsiz qaytarılması” əsaslandırılmış şəkildə öz əksini tapıb. Əgər bu məsələ sülh yolu ilə öz həllini tapmırsa, deməli bizim müharibəyə başlamaqdan başqa bir yolumuz qalmır. Torpaqlarımızın azadlığı nəticəsiz görüş və tədbirlərdən deyil, ardıcıl mübariz olmağımızdan və müharibədən keçir.

– Azərbaycanda islahatların başlamasını yerlərdə əhalinin necə başa düşməsini və bu islahatların onların güzəranına, eləcə də idarəçiliyə münasibətinə təsirini hiss edirsinizmi? Ümumiyyətlə əyalət insanının islahatlarla bağlı məlumatlandırılması üçün Masallıda konkret işlər aparılıbmı?

– Açığını deyim ki, əyalət insanının nə elan olunan islahat proqramından, nə də təbii ki, bu islahatların verə biləcəyi müsbət dəyişikliklərdən xəbəri belə yoxdu. Heç bu haqda maarifləndirici tədbirlər də həyata keçirilmir. Xalq islahatlardan xəbərsizdi və bu haqda danışanda da hec inanmırlar . Açıqca camaat bildirir kı, bələdiyyə seçkiləri necə saxtakarlıqla keçirilibsə, yenə də onun bir növ davamı kimi parlament seçkilərinin nəticələri də saxtalaşdırılacaqdır. Sankı yerli icra orqanları məqsədli səkildə maarifləndirici tədbirlər təşkil etmirlər kı, vətəndaşlar ayılıb öz haqqlarını tələb etməsinlər.

********************************************************************************

 

 

Bulud VPS
9.99 ₼ -dan başlayan qiymətlərlə
* 25 GB SSD Disk Həcmi
* 1 vCore
* 1 GB RAM
* 1TB Trafik
* 1 IPv4 ünvan
Daha geniş məlumat almaq istəyirsinizsə daxil olun: https://hostimul.com/cloud-vps-hosting/