Elgin Həbibullayev Abdin Fərzəliyevin bu kadırlarını işdən çıxardıbackend

Elgin Həbibullayev Abdin Fərzəliyevin bu kadırlarını işdən çıxardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev bir neçə vəzifəli şəxsi vəzifəsindən azad edib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Allahverdi Eldaroğlu və 3 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elmar Abbasov vəzifəsindən azad edilib.
Elmar Abbasov Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev tərəfindən mühüm vəzifəyə təyin olunub.
Həmçinin Elgin Həbibullayev Nərimanov rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirlərini vəzifəsindən azad edib.
Vəzifəsindən azad edilən bəzi şəxslərin Abşeron rayon İcra Hakimiyyətində təyinat alacağı istisna edilmir