“Elektronikin macəraları”ndakı qardaşlardan birini qarət ediblərbackend

“Elektronikin macəraları”ndakı qardaşlardan birini qarət ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Elektronikin macəraları” məşhur sovet filminin qəhrəman qardaşlarından birini, Yuri Torusevi Moskvada qarət ediblər.

TİA.AZ xəbər verir ki, məlumatı “Moskovskiy komsomolets” qəzeti yayıb.

Bildirilib ki, artistə pivə içərkən naməlum kişilər yaxınlaşıb. Sonra Torusev cib telefonunu çıxararaq foto göstərib. Bunun ardınca yaxınlıqdakı mağazaya gedib. Qayıdanda telefonu yoxa çıxıb. Naməlum kişilər telefonun yoxa çıxmasından xəbərsiz olduqlarını bildiriblər.

Yuri Torusevin sözlərinə görə, oğurlanan telefonun qiyməti 20 min rubldur (460 manat).

Qeyd edək ki, Yuri və Vladimir Torusev qardaşları “Elektronikin macəraları” filmində baş rolları oynayıblar. Hazırda qardaşlar sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar.