Elektron siqaretlər xərçəng və ürək xəstəliyinə səbəb olurbackend

Elektron siqaretlər xərçəng və ürək xəstəliyinə səbəb olur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elektron siqaretlər xərçəng və ürək xəstəliyinə səbəb olur.Daha az zərərli olduğu hesab edilən elektron siqaretlərin də xərçəng və ürək narahatlıqlarına gətirib çıxardığı bir daha yenə sübut edildi. Araşdırmaya görə nikotin bədənə necə daxil olursa olsun DNT-ə ziyan verir.

Nyu-York Universitetinin tibb fakültəsindən araşdırmaçıların apardığı iş, elektron siqaretlərin də günahsız olmadığını bir daha yenə müəyyən etdi. Laboratoriya mühitində e-siqaretə məruz qalan siçanların ağciyər və ürəklərindəki DNT-lərdə ziyan meydana gəldiyi müəyyən edildi.

Araşdırma nəticəsində elektron siqaretdən istifadə etdikdən sonra bədənə daxil olan nikotinin tamamilə xərçəng yaradan bir təsir göstərdiyi ortaya çıxdı.

Mütəxəssislər hesab edirkər ki, elektron siqaretlərin təsirsiz olmasıni fikirləşmək düzgün deyil. Hal-hazırda adi yoxsa elektron siqaretlərin hansının daha zərərli olduğunu dəqiqləşdirmək mümkün olmayıb.

 

Elektron siqaretin qəti zərərlərinin 1 il ərzində aparılacaq işlərlə ortaya çıxacağı ifadə edilir.