Tribuna İnformasiya Agentliyi

Elektron kənd təsərrüfatının formalaşdırılması ilə bağlı- SƏRƏNCAM

29 İyun

Prezident İlham Əliyev elektron kənd təsərrüfatının formalaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

TİA.AZ-ın məlumatına görə, elektron kənd təsərrüfatı sisteminin inkişaf etdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılıb.