Elektromobillər üçün akkumulyatorlar ağacdan hazırlanacaqbackend

Elektromobillər üçün akkumulyatorlar ağacdan hazırlanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçin “Northvolt” şirkəti elektrik avtomobilləri üçün akkumulyatorların ağacdan hazırlanmasını təklif edib.

Şirkət texnologiyanı inkişaf etdirmək və ağac xammalından bu cihazların istehsalını qurmaq qərarına gəlib.

Davamlı akkumulyatorlar yaratmaq üçün “Northvolt” ağac hüceyrələrindən əldə edilən bitki əsaslı polimerdən hazırlanmış xüsusi materialı inkişaf etdirən Finlandiyanın “Stora Enso” startapı ilə əməkdaşlıq edəcək.

Startap “Northvolt” üçün gələcək batareyaları dizayn edəcək, həmçinin istehsal prosesləri və miqyası üzərində düşünəcək.

Qeyd edək ki, İsveç şirkəti artıq “Volvo”, “BMW” və “Volkswagen” ilə 55 milyard dollardan çox müqavilə imzalayıb. Eləcə də, “Volkswagen” və digər maliyyə qurumlarından 1,1 milyard dollardan çox investisiya cəlb edib.