Eldəniz Səlimovun deputat səlahiyyətlərinə xitam verildibackend

Eldəniz Səlimovun deputat səlahiyyətlərinə xitam verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Eldəniz Səlimovun deputat səlahiyyətlərinə xitam verilib.
Bunu açıqlamasında Milli Məclisin İntizam komissiyasının katibi Nurlan Həsənov deyib.
Onun sözlərinə görə, Konstitusiyanın 89-cu maddəsinin tələblərinə uyğun olaraq, Milli Məclisin deputatı cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda deputat mandatından məhrum edilir və səlahiyyətlərini itirir: “Eldəniz Səlimov barəsində məhkəmənin hökmü olduğuna görə onun deputat səlahiyyətlərinə xitam verilib, yəni mandatını itirib”.