ELDAR ƏZİZOVDAN EMİN ƏMİRULLAYEVƏ QƏDƏR AYAQ AÇAN BAĞÇA RÜŞVƏTİ – TƏHSİL NAZİRLİYİ NİYƏ DƏYİŞƏ BİLMƏDİ?backend

ELDAR ƏZİZOVDAN EMİN ƏMİRULLAYEVƏ QƏDƏR AYAQ AÇAN BAĞÇA RÜŞVƏTİ – TƏHSİL NAZİRLİYİ NİYƏ DƏYİŞƏ BİLMƏDİ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil Nazirliyinin uşaq bağçalarına qəbul üçün təşkil etdiyi onlayn qeydiyyatdan sonra yenə kustar üsullar işə düşməkdədir. TİA.Az son bir ayda gələn müraciətlərə və sosial şəbəkədə yazılanlara istinadən məlumat verir ki, əksəriyyət onlayn qeydiyyatla uşaq bağçası seçim edə bilmədiyi üçün rüşvətlə qəbul halları davam etməkdədir. Çünki Nazirliyin təşkil etdiyi onlayn qeydiyyat olduqca bərbad keçib, valideynlərə yaşadığı yerdən çox-çox uzaqlar təklif edilib, yaxud da heç bağça seçimi belə olunmayıb.

Nəticədə minlərlə insan indidən danışıqlara başlayaraq, bağça direktorları ilə təmas quraraq övladını yaxınlıqdakı bağçalara yazdırır. Bu, Bakının əksər rayonlarını əhatə edən prosesdir. Hazırda ən aşağısı 200-250 manat, yəni bu qiymətə daha aşağı səviyyəli xidmət olan yerlər daxildir, maksimum isə 350-400 manata uşaq bağçasına götürürlər. Eyni zamanda uşaq getdiyi gündən ayda hər tərbiyəçiyə 20 manat, ümumi bağçanın özünə də aylıq 20 manat ödənməlidir. Bu da təxminən ayda 60 manata qədər gəlib çıxır. Təhsil Nazirliyi isə son dərəcə zəif, bərbad onlayn qeydiyyat təşkil etdiyi üçün valideynlər əl-ayağa düşərək rüşvətlə məsələni yoluna qoymağa çalışırlar. Hərçənd ki, rüşvət verəndə yaxınlıqdakı bağçada yer tapılır, amma onlayn seçim zamanı bağçanın adı belə göstərilmir. Deməli, məqsədli şəkildə bu iş həyata keçirilib və rüşvətin ayaq açmasına şərait yaradılıb.

Bir sözlə, Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olanda da uşaq bağçalarına qəbul eyni “prosedur”la olurdu, Təhsil Nazirliyinə veriləndə də… Bəs, bunun harası islahat, harası dəyişiklik oldu? Təhsil naziri Emin Əmirullayev hər dəfə maraqlı çıxışları ilə müzakirələrə yol açır, fərqli fikirlər səsləndirir, lakin problemlərin həlli üçün nə yol göstərir, nə də göstərdiyi yolla problemləri həll edir. Əgər islahatçı nazir uşaq bağçalarına qəbulda rüşvət faktorunu yığışdırmağa iradə nümayiş etdirə bilmirsə, “bağça mafiyası”ba bata bilmirsə, o zaman ən aşağı yaşlı tədris qrupundan tutmuş orta təhsilə qədər bu sahədə hansı islahatları reallaşdırmaq olar? Valideynlər qeyd edirlər ki, məktəbəqəbul üçün heç olmasa pis-yaxşı məktəb seçimi qoyulurdu, uşaq bağçalarında bunun 1 faizi belə mümkün olmayıb. Ümumiyyətlə, Təhsil Nazirliyi də yaxşı bilir ki, uşaq bağçalarına qəbul hansısa şərtlər əsasında baş tutur. İndi elə bir bağça direktoru ola bilməz ki, uşağı pulsuz-rüşvətsiz götürsün: ya deyəcək ki, onlayn seçim var, gedin oradan keçin, hərçənd mümkün olmur, keçməmisinizsə, onda pul verin, heç ver alınmayacaq. Pul verəndə isə yer də tapılır, uşağın başına da dolanırlar. Bu da Bakı meri Eldar Əzizovdan təhsil naziri Emin Əmirullayevə bağçaların keçidinin nəticəsi…

TİA.Az