Tribuna İnformasiya Agentliyi

Eldar Əzizov Bakı Lift Təmir İstehsalat Birliyinə yeni rəhbər təyin etdi

10 Oktyabr
Bakı Lift Təmir İstehsalat Birliyinə yeni rəhbər təyin olunub.
TİA.AZ-ın qafqazinfo-ya istinadən məlumata görə, Bakı şəhər icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Eldar Əzizov bu barədə əmr imzalayıb.
Həmin vəzifəyə Bakı ŞİH-in Şəhər təsərrüfatı departamentinin, sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Xalid Ələkbərov təyin olunub.
X. Ələkbərovun postuna isə Ayaz Hüseynov gətirilib. A. Hüseynov bu vaxta qədər SOCAR-da çalışıb.
Bu gündən o vəzifəsinin icrasına başlayıb.
Əldə etdiyimiz xəbərdə o da bildirilir ki, E. Əzizov şəhər rəhbərliyində strateji vəzifələrə daha çox gənc mütəxəssisləri cəlb etmək niyyətindədir.