Tribuna İnformasiya Agentliyi

Elçin Şıxlı qayıtdı – “Zerkalo” yenidən fəaliyyətə başlayır

13 Mart
2014-cü il avqustunda fəaliyyətinin birdəfəlik dayandırıldığı elan edilən edilən “Zerkalo” qəzeti yenidən fəaliyyətə başlayıb.
 AZXEBER.COM xəbər verir ki, bu barədə qəzetin təsisçisi və baş redaktoru Elçin Şıxlı sosial şəbəkədə məlumat verib. O, qəzetin fəaliyyətini internet üzərindən davam etdirəcəyini açıqlayıb: “”Zerkalo”nu da işə saldıq! Əyər-əskikləri hələ var, üzərində iş gedir, amma artıq baxa bilərsiniz – zerkalo.az””.
Qeyd edək ki, “Zerkalo” qəzeti 1990-cı ilin avqustunda yaradılıb. Rus dilində çıxan “Zerkalo” gündəlik çap olunurdu. 2014-cü ilin may ayının əvvəlində həftədə bir dəfə işıq üzü görməsi qərara alınmışdı. Ancaq nəşri bu yolla da saxlamaq mümkün olmayıb, 2014-cü il iyunun 1-dən qəzetin nəşri dayanıb.