Tribuna İnformasiya Agentliyi

“Elə bahalı deyil, 1000 manat” – Şou əhli geyimlərinin qiymətlərini açıqladı – VİDEO

09 Oktyabr

“5 min dollara almışam, bilmirəm, ucuzdur, yoxsa baha?”
TİA.AZ xəbər verir ki, ARB TV-nin “Show news” verilişinin komandası bu dəfə şou-biznes əhlinə “Geyimə nə qədər pul xərcləyirsiz?” sualını ünvanlayıb.
Yerli məhşurların cavabları isə olduqca maraqlı olub:
Müğənni Rahidə Baxışova: “Mənə yaraşmayan geyimlər ümumiyyətlə geyinmirəm”
Səlim Abbasov: “Köynəyim 45, şalvarımı isə da 45-50 manat arasıdır. Saatım isə hədiyyədir”.
Müğənni Manaf Ağayev: “Elə bahalı kastyum deyil, 1000 manatlıqdır. Camaat 5-10 minlik kostyum geyinir, 1000 manatlıq nədir ki… Ayaqqabım isə 250 manatdır. Köynəyim isə 100 manat”.
Rəqqasə Rəna Ağamuradova: “Mən bahalı paltar geyinmirəm. Çünki mən başa düşmürəm, niyə bir dəfə geyinəcəyin paltara 3-5 min pul ödəyəsən. Uzaq başı çox xoşuma gəlsə, 500 manat pul verərəm, ondan artıq yox”.
Müğənni Faytonçu Nazim: “Kostyumum 1500, ayaqqabılarım 350, qalstukum isə 120 manat civarındadır. İndi bahadır, ucuzdur onu mən deyə bilmərəm. Ən bahalı geyimim şubamdır. 5 il bundan qabaq 5 min dollara almışam”.
Müğənni Zeynəb Həsəni: “50 manata da geyinərəm, 100 manata da, təki o mənə yaraşssın”.
Müğənni Günel Ələkbərova: “Mənim elə ayaqqabım var ki, 3 mindir, elə ayaqqabım var ki, 50 manatdır”.
Müğənni Türkan Vəlizadə: “Ən bahalı geyimim 2 min dollar olub. Mənə o geyim Amerikadan gəlib, təmiz əl işi olub. Hazırda o paltar qardirobdadır, bir dəfə geyinmişəm”.
Müğənni Aysel Əlizadə, Yaşar Yusub, Nazənin, Mətanət Əsədova, aparıcı Zemfira Adıgözəlova v aparıcı Afaq Gəncəli isə geyimlərinin qiymətini gizlədənlərdən olub. Onlar hesab edirlər ki, yaraşanı geyinmək daha düzgündür.
Əkiz bacıların ən çox danışanı olan Sevinc isə, daha çox hədiyyə alan məşhurlar siyahısında yer alıb.