Eksternat imtahanları başa çatıbbackend

Eksternat imtahanları başa çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı şəhəri üzrə eksternat imtahanları başa çatıb

 Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Məlumata görə, imtahanda əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub tam orta təhsil səviyyəsini (XI) başa vura bilməyən şəxslər iştirak edib.
Paytaxtdakı 258 nömrəli tam orta məktəbdə keçirilən imtahanda 381 nəfər iştirak edib.
Eksternlər 3 akademik saat ərzində hərəsində 10 sual olmaqla, coğrafiya, biologiya, Azərbaycan tarixi, ümumi tarix və xarici dil fənləri üzrə sualları cavablandırıblar.
Eksternat imtahanlarında uğur qazanmış şəxslər tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.
Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.