EKSPERTDƏN TƏHSİL NAZİRLİYİNƏ İRAD: İMTAHANLARIN MART-APRELDƏ KEÇİRİLMƏSİ DOĞRU DEYİLbackend

EKSPERTDƏN TƏHSİL NAZİRLİYİNƏ İRAD: İMTAHANLARIN MART-APRELDƏ KEÇİRİLMƏSİ DOĞRU DEYİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Buraxılış imtahanlarının mart və aprel aylarında keçirilməsi doğru deyil”. Bunu TİA.Az-a təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, hazırda tədrisin təşkili qüsurludur: “Bu il bizim 11-ci siniflərdə 85 minə yaxın, 9-cu siniflərdə isə 130 mindən artıq şagirdin bitirməsi gözlənilir. Bildiyimiz kimi DİM mart ayında 11-ci siniflərin, aprel ayında isə 9-cu siniflərin buraxılış imtahanlarını keçirdi.
Yeni qaydalara görə, buraxılış imtahanlarının attestat almağa hər hansı bir təsiri yoxdur. Yəni bu o deməkdir ki, heç də buraxılış imtahanlarının apreldə, martda keçirilməsi məktəbə gedilməsini lazımsız hala gətirir. Bu, belə deyil.
Yəni buraxılış imtahanlarının mahiyyəti sadəcə olaraq kolleclərə, ali məktəblərə getmək istəyənlərin birinci mərhələdə topladığı baldır. Yaxud da ki, attestatın bir tərəfinə yazılan prosedurdur. Yəni buraxılış imtahanlarının tədrisə davam etməyə bir maneçiliyi yoxdur.
Şagirdlər aprel və maydan sonra dərslərə getməlidirlər. Amma təbii ki, psixoloji olaraq buraxılış imtahanını vermiş şəxs məktəbə getməyi özünə məqbul hesab etmir. Nəzərə alsaq ki, iyun ayının 14-ə qədər orta təhsil məktəblərində tədrisdir.
Sadəcə olaraq imtahanların mart və aprel aylarında keçirilməsi doğru deyil və təbii ki, şagirdlər psixoloji olaraq buraxılış imtahanlarını verdiklərini düşündüklərinə görə davamiyyət aşağı düşür.
Bizim apardığımız monitorinqlər də göstərir ki, mart ayından buraxılış imtahanlarını mərhələ -mərhələ verən məktəblərdə davamiyyət aşağı düşür. Bütün bunlar onu göstərir ki, bizim təhsil sistemimizdə idarəetmədə ciddi problemlər var. Tədrisin təşkili qüsurludur”.