EKSPERT QAZI BAHALAŞDIRAN “AZƏRKONTRAKT”I FAŞ ETDİ – QADINLARA PUL, NOVRUZDA XONÇA…backend

EKSPERT QAZI BAHALAŞDIRAN “AZƏRKONTRAKT”I FAŞ ETDİ – QADINLARA PUL, NOVRUZDA XONÇA…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq 1 ilə yaxındır ki, qazın topdan alışı və satışını dövlət şirkəti olan “Azərkontrakt” Səhmdar Cəmiyyəti həyata keçirir.
ASC-nin hansı xərcləri artıb ki, buna görə mavi yanacaq bahalaşıb. İqtisadçı-ekspert Natiq Cəfərli araşdırma aparıb. TİA.Az xəbər verir ki, N.Cəfərli faktları təqdim edib.

30 dekabr 2020-ci il: “AZƏRKONTRAKT” SƏHMDAR CƏMİYYƏTİNİN İŞÇİLƏRİNƏ BAYRAM MÜNASİBƏTİLƏ PUL MÜKAFATI VERİLİB
30 iyul 2020-ci il: “AZƏRKONTRAKT” SƏHMDAR CƏMİYYƏTİNİN İŞÇİLƏRİNƏ QURBAN BAYRAMI MÜNASİBƏTİLƏ PUL MÜKAFATI VERİLİB
1 lyun 2020-ci il: Əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəldilmiş dövlət siyasətinə uyğun olaraq, “Azərkontrakt” Səhmdar Cəmiyyətinin müvafiq əmrinə əsasən, işçilərin hər birinin aylıq əmək haqqı daxili imkanlar hesabına 20 faiz artırılıb.
7 aprel 2020-ci il: Səhmdar Cəmiyyətin aparatında çalışan işçilərin hər birinin aylıq əmək haqqı aprel ayının 1-dən 10% artırılmışdır.
19 mart 2020-ci il: “AZƏRKONTRAKT” SƏHMDAR CƏMİYYƏTİNİN İŞÇİLƏRİ NOVRUZ BAYRAMI MÜNASİBƏTİLƏ TƏBRİK EDİLMİŞ VƏ SƏHMDAR CƏMİYYƏTİNİN MÜVAFİQ ƏMRİNƏ ƏSASƏN ONLARA PUL MÜKAFATLARI VERİLMİŞDİR.
24 mart 2020-ci il: “AZƏRKONTRAKT” SƏHMDAR CƏMİYYƏTİ KORONAVİRUSLA MÜBARİZƏYƏ DƏSTƏK FONDUNA VƏSAİT AYIRIB
6 mart 2020-ci il: “AZƏRKONTRAKT” SƏHMDAR CƏMİYYƏTİNDƏ 8 MART – BEYNƏLXALQ QADINLAR GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB.
Sədr müavini Güləddin Dadaşov çıxışının sonunda “Azərkontrakt” Səhmdar Cəmiyyətinin strukturunda çalışan qadınlara pul mükafatları, hədiyyələr təqdim etdi.

Ekspert bildirir ki, “Azərkontrakt” ildə 2-3 dəfə özlərinin maaşını qaldıracaq, harasa pul köçürəcək, hədiyyələr paylayacaq, bayramlar qeyd edəcək – xərcləri artacaq, sonra da qazın qiymətini qaldıracaqlar. Qeyd edək ki, qurum müavin Güləddin Dadaşov tərəfindən idarə olunur.

TİA.Az