Ekspert Dövlət Gömrük Komitəsinin əməkdaşına: “İş adamlarını incidirsiniz…”backend

Ekspert Dövlət Gömrük Komitəsinin əməkdaşına: “İş adamlarını incidirsiniz…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gömrük Komitəsinin qarşısında piyada keçidində saxladım (orda dünyada analoqu olmayan yerüstü piyada keçidi var, uzunluğu 90 mert olar), insanlar keçirdi. Bir nəfər də gömrük işçisi (formada idi) telefonla danışa-danışa yolu keçir, düz maşınımın qarşıslna çatanda dayandı, yüksək səslə kimisə söyür, danlayır, yerindən tərpənmirdi. Mən 5-6 saniyə gözlədim, qardaş hələ də yerində durub danışırdı, sonra siqnal verdim, elə bil, qardaşa “od qoydular”, üzünü mənə çevirib, “korsan, görmürsən piyada keçididir, gözləməlisən, qanun mənim tərəfimdədir, gözlə, keçim, sonra sür, siqnal niyə verirsən” dedi. Mənə də elə bu lazım idi, maşını söndürdüm, qəza işıqlarını yandırıb düşdüm, qardaş elə bildi, dava etmək istəyirəm, bir anlıq Brüs Li “stoykası” aldı. Mən isə sakit tərzdə dedim ki, “Qardaş, xoşuna gəlir qanunun sənə verdiyi üstünlükdən istifadə etmək? Ləzət edir, hə?! Halbuki bu hüquqdan da doğru istifadə etmirsən…”

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.“Sözüm o deyil, iş adamlarını minirsiniz e gömrükdə, bax onlar da qanuna güvənir, qaydaları öyrənir, gəlirlər, sizlər isə onun qanuni haqlarını tanımırsız, indi görürsən onlar nə çəkir, necə əsəb keçirirlər?! Özünə rəva bilmədiyini, başqalarına da eləmə, oldumu?!” Qardaş tez qayıtdı ki, “vallah, mən İT işinə baxıram, “rastamoşka” mənlik deyil. Beləcə gülüşüb ayrıldıq…” – N.Cəfərli qeyd edib.