Ekspert Anar Mehdiyev: “Bakı Nəqliyyat Agentliyi cəmiyyətlə əlaqəsini itirib”backend

Ekspert Anar Mehdiyev: “Bakı Nəqliyyat Agentliyi cəmiyyətlə əlaqəsini itirib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Nəqliyyat Agentliyinin mövcud problemləri kənara qoyaraq taksi xidmətləri ilə bağlı müəmmalı təklifi təəccüb döğurur.

Bu barədə davamlı inkişaf və nəqliyyat üzrə ekspert Anar Mehdiyev Media.Az-a müsahibəsində deyib.

“Ölkədə yol nəqliyyatının təşkili ilə bağlı bir çox həll edilməmiş problem var ki, bu da ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinə təsir göstərir. Paytaxtda işıqforların, xüsusən də piyadaların hərəkətini tənzimləyən işıqfor çatışmazlığı var, bir çox yerlərdə yol nişanları səhlənkar quraşdırılıb, qanunsuz parklanma problemi həll olunmur, avtobus dayanacaqları lazımi yerə qoyulmur. Buna görə də, Bakı Nəqliyyat Agentliyinin yuxarıda qeyd edilən problemləri kənara qoyaraq taksi xidmətləri ilə bağlı müəmmalı təklifi təəccüb döğurur”, deyə ekspert bildirib.

Onun sözlərinə görə, ictimai nəqliyyatda mükəmməl tənzimləmə sistemi olsaydı, avtobuslar qrafikə uyğun dəqiq hərəkət etsəydi və sərnişinləri rahatlıqla aparsaydı, onda taksi ilə bağlı problem yaranmazdı.

“Əlbəttə ki, köhnə avtobusların yeniləri ilə əvəzlənməsi sevindiricidir. Yeni avtobusların mühərrikləri qazla işləyir və bu da atmosferə atılan zərərli maddələrin miqdarını xeyli azaldır. Ancaq eyni zamanda, ölkədə hələ də elektrik enerjisi ilə işləyən elektrobuslar yoxdur, baxmayaraq ki, bir müddət əvvəl onların paytaxtda tezliklə hərəkət edəcəkləri vəd olunmuşdu”, – dedi A.Mehdiyev qeyd edib.

Yeri gəlmişkən, Gəncə Avtomobil Zavodunun (GAZ) Müşahidə Şurasının sədri Xanlar Fətiyev bu yaxınlarda Türkiyənin böyük şəhərlərindən birinə Gəncə Avtomobil Zavodunda (GAZ) yığılan E-321 elektrobuslarının satışına dair razılaşmanın əldə olunacağı barədə məlumat verib. Söhbət Belarus “Belkommunmash” müəssisəsinin Azərbaycanda 2019-cu ildə yığılmasına başlanılan elektrobuslarından gedir.

“Gəncə Avtomobil Zavodu Belarus müəssisəsi ilə müqavilə əsasında avtomobil dəstləri idxal edir. Ölkəyə demək olar ki, hazır elektrobuslar gətirilir, Gəncə zavodunda çatışmayan hissələr, məsələn təkərlər, qapılar, güzgülər onlara əlavə edilir. Ancaq eyni zamanda, Bakıda və ölkəmizin digər şəhərlərində elektrik avtobuslarından istifadə edilmir. Bəli, onlar ekoloji cəhətdən daha təmiz, eyni zamanda adi avtobuslardan daha bahalıdır.

Elektrobuslarının şəhərdə hərəkəti üçün onlara 100-ə yaxın avtobusu yerləşdirib xidmət göstərmək mümkün olan müvafiq bir avtopark yaratmaq. Avtoparkının özündə də enerji yığmaq üçün yerlər ola bilər, amma o, “Baku Bus” kimi Hövsan qəsəbəsinə gedən yolda şəhərətrafı ərazilərdə olmamalıdır. Bir elektrik avtobusunun qiyməti təxminən 500 min dollardır, deməli bu layihə təxminən 50 milyon dollara başa gələ bilər. Bundan əlavə, elektrobuslarının köhnəlmiş və zədələnmiş batareyaları ilə nə ediləcəyini, onların necə atılacağını və digər məsələləri əvvəlcədən düşünmək lazımdır”, – A.Mehdiyev bildirib.

Mütəxəssis qeyd edib ki, paytaxtda, xüsusən də “Neftçilər”, “Nəriman Nərimanov”, “Əhmədli” metro stansiyaları, “8-ci kilometr” bazarı yaxınlığında yol-nəqliyyat hərəkətinin təşkili ilə yaxından maraqlanmaq lazımdır:

“Niyə “8-ci kilometr” bazarından 35 avtobus marşrutu keçməlidir, şəhərətrafı qəsəbələr isə nəqliyyat çatışmazlığından əziyyət çəkir. Yeri gəlmişkən, Mərdəkan, Buzovna, Şüvəlan, Pirşağı kurort qəsəbələri arasında və daxilində də elektrobusları buraxmaq yaxşı olardı. Orada ictimai nəqliyyatda daima problemlər var, ətraf ərazilərdə səssiz və təmiz elektrik nəqliyyatın tətbiqi ətraf mühit baxımından xüsusilə vacibdir. Bu yuxarıda göstərilən ərazilər üçün cəlbedici həll yolu olardı”.

Onun fikrincə, Bakı Nəqliyyat Agentliyi cəmiyyətlə əlaqəsini itirib:

“Azərbaycan Nəqliyyat Nazirliyi yenidən qurulduqdan sonra sanki nəqliyyat siyasətinin müzakirə edilməsi dayandırıldı. Təəccüblü deyil ki, ictimai nəqliyyat sisteminin tənzimləməsi prosesi havadadır. Məsələn, bir gün əvvəl Maştağa və Mərdəkan qəsəbələrinə ekspress-avtobuslar buraxılmışdı. Yaxşı fikirdir, amma geri qayıdarkən Mərdəkandan gələn avtobus Ramana qəsəbəsindən keçir. Niyə? Yeni avtobuslar səliqəsiz kənd yolları ilə dayanacaqların olmadığı ərazidın keçir. Mən bununla bağlı BNA-ya müraciət edəndə, müvafiq strukturların təlimatlarına əməl etdiklərini dedilər”.

Sonda mütəxəssis səyahət bileti sisteminin tətbiqi məsələsinə toxundu:

“Dünyanın bütün ölkələrində bir həftə və ya bir aylıq məhdudiyyətsiz bilet ala bilərsiniz. Bizdə belə bir şey yoxdur, baxmayaraq ki, bu barədə çoxdan düşünməyə dəyərdi. Məsələn, ictimai nəqliyyatda birdəfəlik gediş üçün kartlar 50 qəpik ola bilər, həftəlik və yaxud aylıq kartlarda isə bir gediş 20 və ya 30 qəpiyə başa gələ bilər”.