Eks-prezident ölkədən çıxmaq üçün Zelenskidən icazə istədibackend

Eks-prezident ölkədən çıxmaq üçün Zelenskidən icazə istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko hazırkı dövlət başçısı Volodimir Zelenskiyə ölkədən çıxışına icazə verilməsi üçün müraciət edib.

TİA.AZ xəbər verir ki, eks-prezident müraciətini teleqram kanalında paylaşıb.

O, Niderlandın Rotterdam şəhərində Avropa Xalq Partiyasının sammitində çıxış etməli olduğunu deyib. Bildirib ki, onun Ali Rada sədrinin imzası ilə rəsmi ezamiyyət sənədi var.“NATO Parlament Assambleyasına parlament nümayəndə heyətinin tərkibində rəsmi səfərim tamamilə qanunsuz olaraq pozulduqdan sonra ümid edirəm ki, nəticələr çıxarılıb və Rotterdama getməyimə heç kim mane olmayacaq”, – deyə Poroşenko vurğulayıb.

Xatırladaq ki, bu yaxınlarda Poroşenko Polşaya getmək istəsə də, onun ölkədən çıxışına icazə verilməyib.