Eks-deputat: “Əhmədzadənin ucbatından 200 minim hələ də orada qalır…”backend

Eks-deputat: “Əhmədzadənin ucbatından 200 minim hələ də orada qalır…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Əhməd Əhmədzadə böyük bir oliqarxa çevrilmişdi”.
Bunu  açıqlamasında iqtisadçı alim Nazim Bəydəmirli Prezident İlham Əliyevin Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılovu qəbul edərkən səsləndirdiyi “bu gün, bəzi sahibkarlar elə bil ki, sövdələşərək, sudan vicdansızcasına istifadə edirlər” fikirinə münasibətində deyib. O, ölkə başçısının səsləndirdiyi fikirlərin həqiqət olduğunu qeyd edib:
 
“Ekspertlər tərəfindən qabardılan bu proses uzun müddətdir ki, davam edir, yazılar dərc olunur və bu, heç kəsdə şübhə doğurmurdu. İldə Melorasiya və Su Təsərrüfatı ASC-yə aşağı-yuxarı ortalama 700-800 milyon manat vəsait daxil olmağına baxmayaraq, əksər rayonlarda kollektorlar işləmir, təmizlənmir, qurunt suları yuxarı qalxaraq torpaqları şoranlaşdırır və bir çox əkin sahələri dövriyyədən çıxarılır. Ancaq bunun səbəbləri hələ ki ortadan qalxmayıb. Ümid edək ki, bu səbəblər ortadan qalxacaq. Mən bir necə dəfə bu məsələyə diqqət yetirmişəm. Saatlı rayonu və digər rayonlardan misallar çəkib, sübutlar təqdim etmişəm. Eyni zamanda heç kəsə sirr deyil ki, səhmdar cəmiyyətin yerlərdə olan idarələri müxtəlif rüşvət müqabilində işçilər götürürlər.
Vakansiyalarda tender elan edib və rüşvət əsasında işə gotürmələr baş verir və mütəxəsis olmayan adamlar uzun illərdir ki, problemlər yaşayırlar. Mənim də sahibkar kimi başıma gələn problem də əvvəlki rəhbərliyin dövründə, indiki Şirvan şəhərində olub. Səhmdar cəmiyyətinin zavoduna 200 min dollara yaxın investisiya qoymuşdum. Əhmədzadənin təkəbbürü ucbatından hələ də 200 minim orada qalır. Məhkəməyə verdim, əndrabadi bir qərar çıxardılar”.
Ekspert hesab edir ki, fərdləri dəyişməklə proses müsbətə doğru gedə bilər:
“Münasibətlər sistemi tam dəyişməlidir, idarəçilər onlara etibar olunan vəzifələrə öz şəxsi obyektləri kimi baxmamalıdır. Çox təəssüf ki, bu bizdə ənənə halını alıb”.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunan Zaur Mikayılovu videoformatda qəbul edib. Prezident çıxışında “Təhlil aparılarkən biz bir şeyə də rast gəldik – suyun ədalətsiz bölüşdürülməsi halları geniş vüsət alıb. Burada həm mərkəzi icra orqanları, yerli icra orqanları, bəzi sahibkarlar elə bil ki, sövdələşərək, sudan vicdansızcasına istifadə ediblər. Belə olan halda, bəzi fermerlərə, bəzi kəndlərə su çatmırdı”, – deyə bildirib