Eks-deputat: “Bu status REAL sədrinindirsə, onun ciddi müalicəyə ehtiyacı var”backend

Eks-deputat: “Bu status REAL sədrinindirsə, onun ciddi müalicəyə ehtiyacı var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“İlqar Məmmədov Azərbaycan ictimaiyyətindən və bu mövzuda danışan şəxslərdən, o cümlədən məndən də üzr istəməlidir”.
TİA.AZ xəbər verir ki,bunu açıqlamasında sabiq deputat, iqtisadçı alim Nazim Bəydəmirli REAL sədri İlqar Məmmədovun uşaqpulunun verilməsi iə bağlı partiyanın təkliflərini şərh edərkən deyib. O hesab edir ki, sədrin uşaqpulu ilə bağlı fikirləri nə onun partiya sədri statusuna uyğundur, nə də iddia etdiyi cəmiyyətdə roluna:
“İlqar Məmmədov həbs olunub azadlığa çıxana kimi mən ona dəstək göndərmişəm. Buna heç də təəssüflənmirəm. REAL-ın bütün vacib tədbirlərində iştirak etmişəm, onlarla münasibətim də normaldır. Bir neçə dəfə qarşıma xalqı, müxalifəti, digər şəxsləri aşağılayan statusları, açıqlamaları çıxsa da, onu görməzlikdən gəlmişəm. Hesab etmişəm ki, bu, emosional haldır, bir müddətdən sonra keçib gedə bilər. Mənim də ən çox danışdığım uşaqlara müavinətlərin verilməsi ilə bağlı açıqladığı status nə onun partiya sədri statusuna uyğundur, nə də iddia etdiyi cəmiyyətdə roluna. Hesab edirəm ki, belə açıqlamalar hər hansı bir ruh halında belə verilmiş olsa da, dəfələrlə təkrar olunduğundan sonuncu açıqlamasına münasibət bildirmək məcburiyyətində qaldım. Bununla da nötə qoyuram. REAl partiya sədri “uşaq pulu” mövzusunda yazanları, danışanları niyə “xalqı aldadıb-alçaldan yaramazlar” adlandırıb ki? Doğrudan, paylaşılmış status ona aiddirsə, onu deyə bilərəm ki, partiya sədrinin ciddi müalicəyə ehtiyacı var. Uşaqlara müavinət verilməsi ilə bağlı illər öncədən bu günə qədər ən çox danışan adamlardan biri də mənəm…”
Nazim Bəydəmirli qeyd edib ki, REAL sədri sosial şəbəkələrdə bəzən elə fikirlər irəli sürür, normal insan belə onu şərh etməkdə çətinlik çəkir:
“Uşaqpulu ilə bağlı onun gətirdiyi arqumentləri analiz etmək istəmirəm. Çünki daha çox rəqiblərini aşağılayan ifadələr işlətməsi həmin analizi heçə endirir. Təəssüf edirəm ki, İlqar bəy bilərəkdən, yaxud da bilməyərəkdən müxtəlif siyasi oponentlərini, şəxsləri öz aləmində  aşağılamaq yolunu tutur, belə ifadələr işlədir. Ümid edirəm ki, bu onun sonuncu səhvi olacaq”.
Qeyd edək ki, REAL sədri uşaqpulunun verilməsi ilə bağlı partiyanın mövqeyini açıqlayıb və təkliflər səsləndirib. Sədrin bu təklifləri cəmiyyətdə narazılıqla qarşılanıb.