Ekologiya və Təbii Sərvətlər naziri və müavinləri vətəndaşları qəbul edibbackend

Ekologiya və Təbii Sərvətlər naziri və müavinləri vətəndaşları qəbul edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 13 mart 2020-ci il tarixində Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Xaçmaz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Xaçmaz, Quba, Siyəzən və Şabran rayonlarının vətəndaşlarını qəbul edib.

Nazirlikdən TİA.AZ-a verilən məlumata görə, qəbuldan əvvəl nazir və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramını bildiriblər.

Həmin gün Ekologiya və Təbii Sərvətlər nazirinin müavinləri Firdovsi Əliyev Qusar, Rauf Hacıyev isə Xızı və Siyəzən rayonlarının vətəndaşları ilə görüşüb.

Qəbullar zamanı ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin monitorinqi və digər məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərləri üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.