Tribuna İnformasiya Agentliyi

Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib

13 İyul

13 iyul 2018-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda Biomüxtəlifliyin İnteqrasiyalı İdarə Olunması” proqramının nümayəndələri arasında görüş keçirilib.

Görüş zamanı ETSN ilə GİZ arasında gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.