Tribuna İnformasiya Agentliyi

Ekologiya və Təbii Sərvətlər naziri İtaliyanın Azərbaycandakı səfirini qəbul edib

11 İyun

11 iyun 2018-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə İtaliya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Augusto Massari arasında tanışlıq görüşü keçirilib.
Görüş zamanı ətraf mühit, meşələrin mühafizəsi, su bioresurslarının davamlı idarə edilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

TİA.AZ